Azərbaycan Prezidenti Makedoniyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Makedoniyanın dövlət başçısını təbrik edib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm"
Xarici siyasət
7 Sentyabr , 2015 18:30
Azərbaycan Prezidenti Makedoniyanın dövlət başçısını təbrik edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrk məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi