Azərbaycan Prezidenti KXDR-in yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti KXDR-in yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
Xarici siyasət
8 Avqust , 2018 18:09
Azərbaycan Prezidenti KXDR-in yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Kim Hen Cun fəxri qarovul dəstəsinin qarşısından keçib.

Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı gələcək illərdə iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransının keçirildiyini və tədbir çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşünü məmnunluqla xatırlayıb. Azərbaycanın gələn il bu təşkilatın sammitinə ev sahibliyi edəcəyini deyən dövlət başçısı ikitərəfli münasibətlərin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Kim Hen Cun ilk növbədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarını dövlət başçısına çatdırıb. Səfir Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, ikitərəfli münasibətlərimizin əsasının rəhbər Kim İr Sen və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Səfir bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub və bu illərdə əlaqələrimiz inkişaf edib.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin sədrinə çatdırmağı xahiş edib.


*** 16:51

Prezident İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunan səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Son xəbərlər

Orphus sistemi