Azərbaycan Prezidenti İraqın dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti İraqın dövlət başçısına başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib.
Xarici siyasət
23 Mart , 2019 15:24
Azərbaycan Prezidenti İraqın dövlət başçısına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, mətndə deyilir:   

"Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi