Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
17 Mart , 2017 11:35
Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB
Azertag.az

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib.

"Report" xəbər verir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulanıb.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi