Azərbaycan Prezidenti Hindistanın yeni dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Hindistanın yeni dövlət başçısını təbrik edib "Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik"
Xarici siyasət
31 İyul , 2017 17:53
Azərbaycan Prezidenti Hindistanın yeni dövlət başçısını təbrik edib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi