Azərbaycan Prezidenti “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Azərbaycan Prezidenti “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
12 Fevral , 2016 18:08
Azərbaycan Prezidenti “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub. “Report”un xəbərinə görə, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Dövlət başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət edib.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi