Azərbaycan Prezidenti Fransa Senatının sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Fransa Senatının sədri ilə görüşüb - YENİLƏNİB Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb
Xarici siyasət
14 Mart , 2017 16:53
Azərbaycan Prezidenti Fransa Senatının sədri ilə görüşüb - YENİLƏNİB

*** 16:41

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

"Report"un xəbərinə görə, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb. 

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb. Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər. 

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O, belə səfərlərin iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırladıb.

Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırladıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlət başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayoununun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb. 

Son xəbərlər

Orphus sistemi