Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Emmanuel Makronu Fransanın Dünya Çempionatında qələbəsi münasibətilə təbrik edib

    Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

    "Report" xəbər verir ki, məktubda deyilir:

    "XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi