Azərbaycan Prezidenti Britaniya kraliçası II Elizabeti təbrik edib

Azərbaycan Prezidenti Britaniya kraliçası II Elizabeti təbrik edib Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.
Xarici siyasət
8 İyun , 2018 18:34
Azərbaycan Prezidenti Britaniya kraliçası II Elizabeti təbrik edib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi