Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Dövlətçilik günü münasibətilə Mladen İvaniçi təbrik edib
Xarici siyasət
24 Noyabr , 2014 18:42
Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniçə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi