Azərbaycan Prezidenti Bəhreynin Kralını təbrik edib

Azərbaycan Prezidenti Bəhreynin Kralını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
14 Dekabr , 2019 16:35
Azərbaycan Prezidenti Bəhreynin Kralını təbrik edib
Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi