Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.
Prezident İlham Əliyev bu layihənin icrasında
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirib, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğulayıb. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.
Dövlət başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
*** 12:07
Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.