Azərbaycan Prezidenti Almaniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti Almaniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır
Xarici siyasət
1 Oktyabr , 2016 18:45
Azərbaycan Prezidenti Almaniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauku milli bayram münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka

Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Son xəbərlər

Orphus sistemi