Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək

Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək Görüşün Minsk qrupunun iclası öncəsi keçirilməsi nəzərdə tutulub
Xarici siyasət
16 May , 2016 22:19
Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək

Bakı. 16 may. REPORT.AZ/ Vyanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətindəki diplomatik mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ münaqişəsi üzrə iclası öncəsi baş tutacaq.

"O, Minsk qrupu iclası öncəsi ABŞ-ın dövlət katibi ilə görüşəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan öncə İlham Əliyev Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi