Azərbaycan prezidenti ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb

Azərbaycan prezidenti ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb
Xarici siyasət
31 Mart , 2016 05:41
Azərbaycan prezidenti ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi