​Azərbaycan parlamentinin üzvləri sabah İsveçrəyə səfər edəcək

​Azərbaycan parlamentinin üzvləri sabah İsveçrəyə səfər edəcək Səfər İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin dəvəti ilə həyata keçiriləcək
Xarici siyasət
2 Mart , 2015 19:38

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mili Məclisi sədrinin müavini Bahar Muradova, deputatlardan Elton Məmmədov və Malik Həsənov martın 3-dən 6-dək İsveçrənin Bern şəhərində səfərdə olacaqlar.

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristin Egerszegi-Obrisin dəvəti ilə həyata keçiriləcək.

Deputatlar səfər çərçivəsində İsveçrə parlamenti Milli Şurasının sədri Stefan Rossini, Kantonlar Şurasının sədri Klod Eş, Federal Xarici işlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çerpet və digər rəsmi şəxslərlə görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi