Azərbaycan parlamentinin sədri İrana səfərə gedəcək

Azərbaycan parlamentinin sədri İrana səfərə gedəcək Oqtay Əsədovun səfəri İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq
Xarici siyasət
19 Dekabr , 2018 11:40
Azərbaycan parlamentinin sədri İrana səfərə gedəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək.

"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.

Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi