Azərbaycan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstanda səfərdədir

Azərbaycan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstanda səfərdədir Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Mahaçqalada səfərdədir.
Xarici siyasət
28 İyun , 2018 14:23
Azərbaycan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstanda səfərdədir
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Mahaçqalada səfərdədir.

"Report" RİA "Dağıstan"a istinadən xəbər verir ki, nümayəndə heyəti Dağıstanın görkəmli dövlət və ictimai xadimi Maqomedsalam Umaxanovun 100 illik yubileyi münasibətilə keçiriləcək təntənili mərasimlərdə iştirak edəcək.

Mahaçqala hava limanında fəxri qonaqları Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dağıstan hökumətinin sədri Artyom Zdunov, Dağıstanın müftisi şeyx Əhməd-Hacı Abdullayev və başqaları qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi