Azərbaycan Pakistanın Xayber Paxtunxva vilayətinə investisiya qoymaq niyyətindədir

Azərbaycan Pakistanın Xayber Paxtunxva vilayətinə investisiya qoymaq niyyətindədir Səfir: "Azərbaycan turizm, energetika, sənaye, tikinti sahələrində öz təcrübəsini Pakistan tərəfinə təklif edə bilər"
Xarici siyasət
18 May , 2017 12:05
Azərbaycan Pakistanın Xayber Paxtunxva vilayətinə investisiya qoymaq niyyətindədir

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Xayber Paxtunxva vilayətinin baş naziri Pervez Xattak ilə görüşüb.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, səfir vilayət və Çinin birgə investisiya planı və Çin-Pakistan iqtisadi dəhlizi layihəsini çərçivəsində həyata keçirilən "Beijing Road Show" layihəsinin inkişafı fonunda Azərbaycan hökumətinin və sahibkarlarının Xayber Paxtunxva vilayətinə investisiya qoymaq istəklərini vurğulayıb.

Ə.Əlizadə Azərbaycanın turizm, energetika, sənaye, tikinti, təchizat, mühəndis planlaşdırması və digər sahələrdə öz təcrübəsini Pakistan tərəfinə təklif edə biləcəyini qeyd edib. Diplomat Azərbaycan bir sıra qlobal məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanı tam dəstəklədiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda və Xayber Paxtunxva vilayətində yaşayanlar din, etnik mənsubiyyət, mədəniyyət və tarix baxımından ümumi dəyərlərə malikdirlər.

Öz növbəsində, vilayətin baş naziri Xayber Paxtunxvanın investisiyalara açıq olduğunu bildirib. Onun sözlərinə görə, vulayətdə investisiyaların və investorların təhlükəsizliyinin tam təmin edilməsi üçün hər cür şərait var.

P.Xattak Azərbaycan hökumətinin və sahibkarlarının bu layihələrə sərmayə qoyuluşunda maraqlı olmasını alqışlayıb, Xayber Paxtunxva vilayətinin baş naziri sülhü qorumaq və vilayətdə xoş ticarət və sənaye ab-havası yaratmaq istiqamətində atdığı addımlara etimad göstərdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

O, həmçinin vilayətin turizm, neft və qaz hasilatı, faydalı qazıntılar çıxarılması üzrə istifadə olunmamış böyük potensialının, vilayətin rəhbərliyinin isə investisiyaları artıraraq bu sahələri kapitallaşdırmaqla bağlı planının olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi