Azərbaycan nümayəndəsi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

Azərbaycan nümayəndəsi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib Sessiyanın açılışı zamanı sədrlik Azərbaycan tərəfindən Nigeriyaya təhvil verilib
Xarici siyasət
10 Dekabr , 2015 22:09
Azərbaycan nümayəndəsi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilir.

Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər ki, sessiyanın açılışı zamanı sədrlik Azərbaycan tərəfindən Nigeriyaya təhvil verilib.

Qeyd edək ki, Assambleyanın III sessiyası 2014-cü il noyabrın 19-dan 21-dək Bakı şəhərində keçirilib və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov Assambleyanın sədri seçilib.

Sessiya zamanı təşkilatın İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvü Vüsal Hüseynovun namizədliyi irəli sürülüb. Dekabrın 10-da keçirilən seçkilərdə Vüsal Hüseynovun namizədliyi Assambleya tərəfindən dəstəklənib və səsvermə keçirilmədən akklamasiya ilə Azərbaycan nümayəndəsi 6 il müddətinə İdarə Heyətinə üzv seçilib. Azərbaycan ilə yanaşı, Braziliya, Nigeriya, Tayland, İordaniya və Çili namizədləri də Akademiyanın İdarə Heyətinə üzv seçiliblər.

Son xəbərlər

Orphus sistemi