Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) təmsilçiləri Türkiyədə keçirilən prezident və parlament seçkilərinin müşahidəsində iştirak edirlər.
"Report"un xəbərinə görə, MSK nümayəndələri seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və Türk Şurasının beynəlxalq müşahidə missiyalarının tərkibində izləyirlər.
Türkiyədəki seçkilərin müşahidəsinə MSK-nın ümumilikdə 4 təmsilçisi qatılıb.