Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək Heydər Əsədov Hollandiyanın kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaları ilə tanış olacaq
Xarici siyasət
11 Oktyabr , 2016 14:29
Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Hollandiyaya səfərə gedəcək.

Bu barədə "Report"a müsahibəsində Niderland Krallığının Azərbaycan yeni təyin olunmuş səfiri Onno Kervers məlumat verib.

Onun sözlərinə görə, səfər oktyabrın 26-29-da baş tutacaq. Səfər çərçivəsində H.Əsədov Hollandiyanın xarici ticarət naziri ilə görüşəcək, eləcə də ölkənin şərqində və cənub-şərqindəki müəssisələrdə olacaq.

Bundan başqa, azərbaycanlı nazir Vageningendəki Kənd Təsərrüfatı Universitetinə gedəcək və bu sahədə qabaqcıl texnologiyalarla tanış olacaq.

Son xəbərlər

Orphus sistemi