Yuxarı

Baş Nazirin müavini: "Azərbaycan iyulun 15-də BMT-yə ikinci hesabatını təqdim edəcək"

Azərbaycan iyulun 15-də BMT-yə ikinci hesabatını verəcək

“Azərbaycan bu il iyul ayının 15-də BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabatını təqdim edəcək”.

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin 2030-cu ilə qədər dünyada vəziyyətin müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişdirilməsi və yenilənməsi üçün həyata keçirdiyi proqramda dünyanın bir çox dövlətləri yaxından iştirak edirlər: “Azərbaycan həmin proqramın reallaşmasına öz töhfəsini verir. Azərbaycan iyul ayının 15-də dayanıqlı inkişaf üzrə ikinci hesabatını təqdim edəcək. Dünyanın cəmi 14 ölkəsi ikinci hesabatı verə biləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi