Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub Tbilisi. 4 may. REPORT.AZ/ Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.
Xarici siyasət
4 May , 2018 18:28
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Report

Tbilisi. 4 may. REPORT.AZ/ Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

Baş konsulluqdan "Report"un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə Azərbaycanla Gürcüstan, eləcə də hər iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf perspektivləri, Bakı ilə Batumi və Naxçıvan ilə Batumi arasında birbaşa aviareyslərin açılması, elm, təhsil, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi, logistik mərkəzlərin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Baş konsul Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin də bütün sahələrdə inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, əlaqələrimizin inkişafı hər iki tərəf üçün faydalıdır. Bu gün bölgədə həyata keçirilən iri miqyaslı regional neft-qaz, nəqliyyat və logistik layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir.

Qeyd olunub ki, bu layihələr enerji və regional təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi