Azərbaycan İspaniyaya yeni səfir təyin edib

Azərbaycan İspaniyaya yeni səfir təyin edib Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur
Xarici siyasət
5 Aprel , 2016 18:33
Azərbaycan İspaniyaya yeni səfir təyin edib

Bakı. 5 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamıyla A.Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qeyd edək ki, bu təyinatadək Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini vəzifəsində çalışan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

Son xəbərlər

Orphus sistemi