Azərbaycan İndoneziyaya humanitar yardım göndərib

Azərbaycan İndoneziyaya humanitar yardım göndərib Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan İndoneziyaya humanitar yardım göndərib.
Xarici siyasət
8 Oktyabr , 2018 12:56
Azərbaycan İndoneziyaya humanitar yardım göndərib
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan İndoneziyaya humanitar yardım göndərib.  

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.

Qeyd edək ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 2000 yaxın şəxs həlak olub, 390 minədək əhali evsiz qalıb. 

Son xəbərlər

Orphus sistemi