Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşünün mart ayında Gürcüstanda keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.
"Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşü bir ay ərzində keçirilə bilər".
Son dəfə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü dekabr ayının 10-da Türkiyənin Qars şəhərində baş tutub.
Üç ölkənin xarici işlər nazirinin ilk görüşü isə 2012-ci ilin iyun ayında keçirilib.