Yuxarı

Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb
Henley & Partners şirkətinin reytinqinə əsasən, Almaniya pasportu sərbəst hərəkət etmək üçün daha çox imkan verir

Bakı. 9 yanvar. REPORT.AZ/ "Henley & Partners" şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada "gücünə" görə 72-ci yeri tutur.

"Report" xəbər verir ki, Azərbaycan "Henley & Partners" şirkətinin ötənilki reytinqi ilə müqayisədə mövqeyini 2 pillə yaxşılaşdırıb (keçən il 74-cü sırada idi).

Bu siyahıda Ermənistan 76-cı, Gürcüstan 53-cü, Rusiya 48-ci, Belarus 65-ci, Ukrayna 44-cü olub.

Reytinqə əsasən, Almaniya pasportu sərbəst hərəkət etmək üçün daha çox imkan verir - 177 ölkə. İkinci pillədə 176 ölkə göstəricisi ilə Sinqapur qərarlaşıb. 8 ölkənin - İsveç, Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa və Yaponiyanın pasportları ilə isə viza rəsmiləşdirmədən dünyanın 175 ölkəsinə səfər etmək mümkündür.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.

Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi