Azərbaycan diasporu Hyustonun ən böyük sinaqoqunun yenidənqurmasına yardım təklif edib

Azərbaycan diasporu Hyustonun ən böyük sinaqoqunun yenidənqurmasına yardım təklif edib Azərbaycanın ABŞ-dakı səfirliyinin, AZİZ-in əməkdaşları və ABŞ Konqresinin üzvləri Hyustonun yəhudi icmasının sinaqoquna səfər ediblər
Xarici siyasət
1 Mart , 2018 15:51
Azərbaycan diasporu Hyustonun ən böyük sinaqoqunun yenidənqurmasına yardım təklif edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan diasporu ABŞ-ın Hyuston şəhərinin qasırğadan ziyan görmuş ən böyük sinaqoqunun yenidənqurması üçün maliyyə yardımı təklif edib.

"Report" ISRA-ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AZİZ) əməkdaşları və ABŞ Konqresinin üzvləri Hyustonun yəhudi icmasının sinaqoquna - Bet Yeşurun Konqreqasiyasına səfər edib və ötən il qasırğanın ziyan vurduğu binada yenidənqurma işlərinin necə getməsi ilə maraqlanıblar.

Görüş zamanı AZİZ-in direktoru Lev Spivak Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələri və İsraillə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi üçün görülən işlər haqqında danışıb.

Buna cavab olaraq, ravvin Devid Rozen heç vaxt antisemitizm müşahidə olunmayan ölkə kimi Azərbaycan mədəniyyətini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi