Yuxarı

Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib - SİYAHI

Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın həmsədri

Rüfət Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Mərkəzi Bank sədrinin müavini

Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.

Xarici İşlər Nazirliyinə bu sərəncama dəyişiklik barədə Çexiya Respublikası tərəfinə bildiriş göndərməsi tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi