Azərbaycan Cakartada keçiriləcək Ümumdünya İslam İqtisadi Forumunda iştirak edəcək

Azərbaycan Cakartada keçiriləcək Ümumdünya İslam İqtisadi Forumunda iştirak edəcək Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir
Xarici siyasət
1 Avqust , 2016 11:15
Azərbaycan Cakartada keçiriləcək Ümumdünya İslam İqtisadi Forumunda iştirak edəcək

Bakı. 1 avqust. REPORT.AZ/ Avqustun 2-də İndoneziya paytaxtı Cakartada 12-ci Ümumdünya İslam İqtisadi Forumu öz işinə başlayacaq.

"Report" xəbər verir ki, forumda kiçik və orta biznesin əhəmiyyəti, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, iqtisadiyyatın desentralizasiyası və s. kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan forumda ölkəmizin İndoneziyadakı səfiri Tamerlan Qarayev ilə təmsil olunacaq.

Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir.

Forum avqustun 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi