Yuxarı

Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək

Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək
© Report/ Elchin Murad — Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

"Azərbaycan BMT-yə təqdim etmək üçün gender məsələsi ilə bağlı hesabat hazırlayıb".

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hesabat bu il BMT-də səsləndiriləcək: "Avropanın bir çox ölkələrində qadınlara səsvermə 20-ci əsrin 30-40-cı illərində, Azərbaycanda isə 1918-ci ildə verilib. Bunun özü çox mühüm faktdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi