Azərbaycanın bir neçə ölkədə yeni səfiri təyin edilib

Azərbaycanın bir neçə ölkədə yeni səfiri təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Xarici siyasət
21 Dekabr , 2016 19:24
Azərbaycanın bir neçə ölkədə yeni səfiri təyin edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında, Dursun Ayvaz oğlu Həsənov isə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Son xəbərlər

Orphus sistemi