Azərbaycan baş nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak edəcək

Azərbaycan baş nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak edəcək Sammit 6-7 mart tarixlərində baş tutacaq
Xarici siyasət
3 Mart , 2016 12:26
Azərbaycan baş nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak edəcək

Bakı. 3 mart. REPORT.AZ/ Martın 6-7-də İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fələstin Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə sammiti keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə Azərbaycanı Prezident İlham Əliyevin tapşırığına əsasən baş nazirin müavini Elçin Əfəndiyev təmsil edəcək.

Sammitdə ümumi müzakirələrin yekununda Fələstin Əl-Qüds Əl-Şərif üzrə Cakarta Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi