Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya şöbənin nümayəndə heyətini qəbul edib
Xarici siyasət
16 Dekabr , 2015 17:51
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir E.Məmmədyarov Azərbaycanın beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini bildirib və bu kimi səfərlərin bir sıra məsələlərin, problem və perspektivlərin əhatəli müzakirəsi və qarşılıqlı anlaşma baxımından vacib olduğunu vurğulayıb. 

E.Məmmədyarov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerininin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sonrakı inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bir sıra aspektləri haqda geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi