Yuxarı

Azərbaycan-Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti raundu mayda keçirilə bilər

Azərbaycan-Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti raundu mayda keçirilə bilər
© Report/ Firi Salim

Bakı. 17 aprel. REPORT.AZ/ "Azərbaycan-Avropa İttifaqı (Aİ) yeni saziş üzrə danışıqların növbəti raundu may ayında keçirilə bilər".

Bunu "Report"a Aİ Azərbaycandakı nümayəndəliyin rəhbəri səfir Kestutis Yanskauskas bildirib.

"Biz hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə işləyirik. Brüssel qrupunun danışıqların növbəti raundu üçün Bakıya gələcək vaxtı dəqiqləşdiririk", - səfir bildirib.

 "Ümid edirəm, bu görüş mayda olacaq", - səfir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi