Azərbaycan-Aİ sazişi üzrə danışıqların növbəti mərhələsində müzakirə olunacaq məsələlər açıqlanıb

Azərbaycan-Aİ sazişi üzrə danışıqların növbəti mərhələsində müzakirə olunacaq məsələlər açıqlanıb Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsində siyasi və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Xarici siyasət
23 May , 2018 12:51
Azərbaycan-Aİ sazişi üzrə danışıqların növbəti mərhələsində müzakirə olunacaq məsələlər açıqlanıb
Report
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsində siyasi və təhlükəsizlik məsələləri müzakirə olunacaq".

Bunu "Report"a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi mayın 29-30 tarixlərində Bakıda keçiriləcək.

Səfir həmçinin qurumla Azərbaycan arasında imzalanacaq aviasiya sazişinə də toxunub: "Sazişlə bağlı bir sıra işlər həyata keçirilib. Biz bununla bağlı görülmüş işlərin nəticələrini, ümid və nikbinliklə gözləyirik". 

Son xəbərlər

Orphus sistemi