Yuxarı

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi aprelin 2-də İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü illik toplantısında iştirak edib. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib. 

Nazirlikdən bildirilib ki, kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa olunub və ümumilikdə, 300 mindən artıq insanın gözü müayinə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi