Yuxarı

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb - FOTO

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub

Bakı. 8 mart. REPORT.AZ/ Los-Anceles şəhərində Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə müvafiq poçt markası buraxılıb. 

Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək “Azərbaycan-ABŞ. 25 illik dostluq. 1992-2017” sözləri qeyd olunub.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi