Yuxarı

Azad Rəhimov: "Azərbaycanla Rusiya gəncləri arasında körpü qurmalıyıq"

Azad Rəhimov: "Azərbaycanla Rusiya gəncləri arasında körpü qurmalıyıq"
© Report — Gənclər və idman naziri Azad Rəhimov

Moskva. 18 dekabr. REPORT.AZ/ “Hazırda əsas məqsədimiz Azərbaycan və Rusiya gəncləri arasında körpü qurmaq, onları birləşdirməkdir”.

Bunu “Report”a gənclər və idman naziri Azad Rəhimov deyib.

“Rusiya ilə Azərbaycan bir çox tellərlə bir-birinə bağlı olan dost ölkələrdir. Təbii ki, gənclər səviyyəsində də möhkəm əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Rusiya-Azərbaycan Gənclər Forumunun altıncı dəfədir keçirilməsi bu tədbirin artıq ənənəvi hal aldığına dəlalətdir. Bu forum sayəsində olduqca maraqlı layihələr ortaya çıxır. Dünya dəyişincə gənclərimiz də daim dəyişir, inkişaf edir, yeni-yeni fikirlərlə yaşayır, onları həmfikirləri ilə paylaşmalıdırlar. Rusiya ilə müştərək tariximiz, oxşar mədəniyyətimiz var, gənclərimizin ünsiyyət qurmasında elə bir çətinlik olmamalıdır. Rusiya da, Azərbaycan da gənclərinin inkişafına böyük qayğı göstərir, bu sahədə yeni-yeni layihələr həyata keçirir və bu gün əsas məqsədimiz gənclərimiz arasında körpü qurmaq, onları birləşdirməkdir. Məncə, bu məqsədə yaxın vaxtlarda çatacağıq”, - nazir vurğulayıb.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi