Yuxarı

Azərbaycanın XİN başçısı Litvanın yeni səfirini qəbul edib

Azərbaycanın XİN başçısı Litvanın yeni səfirini qəbul edib
Səfir iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib

Bakı. 26 avqusta. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumata əsasən, səfir Valdas Lastauskas etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Valdas Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Valdas Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi