Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib

Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib Bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.
Xarici siyasət
15 Mart , 2019 23:26
Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib

Bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

“Report” xəbər verir ki, qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub. Nəticədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Mükəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.

Son xəbərlər

Orphus sistemi