Yuxarı

Avstriya XİN rəhbəri Azərbaycana gələcək

Avstriya XİN rəhbəri Azərbaycana gələcək
Sebastyan Kurts Cənubi Qafqaza səfər edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bu həftə Azərbaycana səfər edəcək. Report Avstriya KİV-ə istinadən xəbər verir ki, S.Kurts Cənubi Qafqaza səfər edib.

Yaxın beş gün ərzində Avstriya XİN rəhbəri Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq. 

Bu gün S.Kurts Yerevanda rəsmi görüşlər keçirəcək. Regiona səfər çərçivəsində nazir üç ölkə ilə ikitərəfli münasibətlərin inkişafını, eləcə də Avstriya ilə iqtisadi münasibətlərin fəallaşmasını və siyasi əməkdaşlığı müzakirə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi