Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub - ƏLAVƏ OLUNUB

Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub - ƏLAVƏ OLUNUB Azərbaycan beynəlxalq təşkilatlarla münasibətləri bərabərlik və qarşılıqlı maraq əsasında qurur. Qəbul edilmiş Fəaliyyət Planı Avropa Şurası ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Xarici siyasət
30 May , 2019 16:00
Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub - ƏLAVƏ OLUNUB

"Azərbaycan beynəlxalq təşkilatlarla münasibətləri bərabərlik və qarşılıqlı maraq əsasında qurur. Qəbul edilmiş Fəaliyyət Planı Avropa Şurası ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".

"Report" xəbər verir ki, bunu Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planının təqdimat mərasimində Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Dörd il üçün nəzərdə tutulan Fəaliyyət Planı Avropa Şurası ilə praktik əməkdaşlıq üçün əsasdır. Orada ölkəmiz üçün maraq doğuran bir çox məsələlər təqdim olunub. Azərbaycanda demokratik cəmiyyətin inkişafı siyasətimizin əsas vəzifəsidir və bununla əlaqədar Avropa Şurası ilə əməkdaşlıq bizim üçün çox vacibdir", - deyə M.Məmmədquliyev bildirib.

O həmçinin qeyd edib ki, məhkəmə sferası, korrupsiyaya qarşı mübarizə, insan alverindən başqa, yeni əməkdaşlıq sahələri də təqdim olunacaq: "Buraya gender bərabərliyi, uşaq hüquqları, gənclərin inkişafı və digər məsələlər daxildir. Hesab edirəm ki, Avropa Şurası da eyni dəyərləri bölüşür".

Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teylor bildirib ki, AŞ-nin Azərbaycan üzrə yeni Fəaliyyət Planının həyata keçirilməsi üçün 9 milyon avro ayrılıb. Onun sözlərinə görə, maliyyələşmənin 63%-i artıq həyata keçirilib.

"Maliyyələşmənin böyük hissəsi Avropa İttifaqı, eləcə də ABŞ tərəfindən ayrılıb. Vəsaitlərin böyük qismi məhkəmə və penitensiar sistemlərdə islahatlar üçün ayrılıb", - deyə V.Teylor vurğulayıb.

Son xəbərlər

Orphus sistemi