Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb - FOTO

Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb - FOTO Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir.
Xarici siyasət
1 Oktyabr , 2019 18:34
Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb - FOTO

Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir. 

“Report”un Fransa bürosu xəbər verir ki, Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.

Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib. 

V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib. 

Son xəbərlər

Orphus sistemi