Bakı. 22 may. REPORT.AZ/ Devid Makallisterin başçılıq etdiyi Avropa Parlamentinin Xarici İşlər Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə, o cümlədən Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçiriləcək.
Bakıya səfər zamanı Avropa Parlamentinin Xarici İşlər Komitəsinin nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlıq məsələlərini, eləcə də Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını müzakirə edəcək.
Qeyd edək ki, Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycandan sonra Ermənistan və Gürcüstana da səfər edəcək.