Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək Toyvo Klaar Bakıda bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək
Xarici siyasət
1 Dekabr , 2017 16:23
Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tojvo Klaar gələn həftə Azərbaycana səfər edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, dekabrın 4-5-də baş tutacaq səfər çərçivəsində T.Klaar bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, bu, T.Klaarın bu vəzifəyə təyin olunduqdan sonra Bakıya ilk səfəridir.

Xatırladaq ki, bu ilin noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatını təsdiqləyib.

Toyvo Klaar 2014-cü il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.

Son xəbərlər

Orphus sistemi