Yuxarı

Avropa İttifaqının bir sıra ölkələrinin səfirləri Azərbaycana gələcək

Avropa İttifaqının bir sıra ölkələrinin səfirləri Azərbaycana gələcək
Səfər zamanı Brüsseldə keçiriləcək sammitə hazırlığın detalları müzakirə olunacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramını əlaqələndirən bir sıra ölkələrinin səfirləri Azərbaycana gələcək.

Diplomatik mənbələrdən "Report"a bildirilib ki, nümayəndə heyətində 15 səfirin təmsil olunacağı gözlənilir. 

Səfərin noyabrın əvvəlində baş tutacağı gözlənilir. 

Məlumata görə, səfər Tallindəki "Şərq Tərəfdaşlığı" Mərkəzinin koordinasiya dəstəyi ilə hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığıyla baş tutacaq.

Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi