​Avropa İttifaqının Bakı ofisi qarşısında etiraz aksiyası keçirilib - FOTO

​Avropa İttifaqının Bakı ofisi qarşısında etiraz aksiyası keçirilib - FOTO Aksiyada "Avropa İttifaqına ar olsun", "Azərbaycandan əl çəkin", "İdmanı siyasəiləşdirməyin" və digər şüarlar səsləndirilib
Xarici siyasət
11 İyun , 2015 11:07
​Avropa İttifaqının Bakı ofisi qarşısında etiraz aksiyası keçirilib - FOTO

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün bir qrup azərbaycanlı gənc və qeyri-hökumət təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) Bakı ofisi qarşısında etiraz aksiyası keçirib.

"Report"un məlumatına görə, aksiya iştirakçıları Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə, Avropa İttifaqının Azərbaycana qarşı apardığı siyasətə etiraz ediblər.

Aksiyada "Avropa İttifaqına ar olsun", "Azərbaycandan əl çəkin", "İdmanı siyasəiləşdirməyin" və digər şüarlar səsləndirilib.

Sonda aksiyanın qətnaməsi oxunub.

Son xəbərlər

Orphus sistemi