Yuxarı

XİN başçısı: "Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər"

"Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər".
© Report/ Firi Salim — Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

"Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib. 

"Biz həmçinin dialoqumuzun strateji əhəmiyyət kəsb edən məsələlərini də əhatə edəcəyik. Bu enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir. Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə, biz enerji üzrə tamamilə yeni bir mənbədən - Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq. Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə, Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir", - deyə nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi